Xocavənd məktəbliləri hərbi hissədə

  22 Oktyabr 2017    Oxunub : 1182
Xocavənd məktəbliləri hərbi hissədə

Xocavənd rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə hərbi hissədə tədbir keçirilib.

Mwdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qonaqlara hərbi hissənin yaranması tarixi, döyüş yolu və fəaliyyəti ilə bağlı məlumat verilib, arsenaldakı silah-sursatlar nümayiş etdirilib.
Şagirdlər hərbi hissənin ərazisi, əsgər yataqxanası, tibb məntəqəsi, idman şəhərciyi, hamam-camaşırxana və əsgər yeməkxanası ilə tanış olub, hərbi qulluqçularla birgə nahar ediblər. Tədbir Xocavənd rayon Mədəniyyət evinin incəsənət ustalarının və hərbi hissənin özfəaliyyət dərnəyinin ifasında vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib.

Qonaqlar təşkil olunmuş tədbirə görə Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi