Artıq çəki insulta səbəb olur - Özünüzü qoruyun!

"Beyin qansızması ilə nəticələnən insultların əksər faizi ölümlə nəticələnir. İnsult bütün ölkələrdə ən çox rast gəlinən xəstəliklərdən biridir. Amma profilaktik tədbirlər görülsə, bu xəstələrin sayını azaltmaq olar. Profilaktika nəticəsində insultun risk faktorları müəyyən edilir və müvafiq müalicə tədbirləri aparılır ki, bu da xəstələrin sayının azalmasına öz təsirini göstərir".
Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev qeyd edib ki, Azərbaycanda yayılan sinir sistemi xəstəlikləri arasında ilk sırada bütün dünyada olduğu kimi qan-damar xəstəlikləri gəlir. Sonrakı yerləri neyrotravmatologiya sinir sisteminin travmatoloji və infeksiyon xəstəlikləri tutur. Daha sonrakı yerlərdə qıcolma tutmaları, preferik sinir sistemi, onurğa xəstəlikləri, eyni zamanda irsi xəstəliklər gəlir.
Aytən Zəhra
AzVision.az
Teqlər: İnstult