Bəstəkar Tahir Əkbər insult keçirib - Vəziyyəti yaxşı deyil

“Tahir bu gün səhər saatlarında insult keçirib. Hər gün səhər 6-7-də yuxudan durub, təmiz havada gəzirdi. Yuxudan ayılanda onun evdə olub-olmadığını yoxladım. Gördüm yerə yıxılıb. Tez yanına gedib ayağa qalxmasına kömək etdim. Ancaq özündə deyildi, bizi tanımadı. Təcili yardım çağırdım.
Vəziyyəti yaxşı deyil. Bircə diləyimiz var, Tahir tez sağalsın” - bəxtəkarın xanımı bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Tahir-Əkbər