"Qoca"nın meyiti ailəsinə təhvil verilib

Qeyd edək ki, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçan, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən əməliyyat zamanı E. Məmmədov və onun tanışı İlqar Əzimova xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına odlu silahdan atəş açmaqla müqavimət göstəriblər. Əməliyyat qrupu xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. (APA)
AzVision.az
Teqlər: Qoca