Bu günə külək, yağış gözlənilir

ETSN xəbərdarlıq edir ki, noyabrın 8-i axşam, 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-5° aşağı enəcək.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 08-i axşam və 09-da Abşeron yarımadasında yağışlı hava şəraiti, arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraiti arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: Hava