Xaçmazda dağılan körpü bərpa edilib

Yeni avtomobil körpüsü biraşırımlı olmaqla 14 metr uzunluğunda və 5,5 metr enindədir. Körpünün konstruksiyası dəmir-betondur və 60 ton ağırlığa hesablanıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında yağan intensiv yağışlardan sonra Qaraçayda yaranan sel suları bundan öncəki körpünün orta dayağını yuyaraq dağııb. Nəticədə 12 metr uzunluğunda və 4,5 metr enində olan körpü iki hissəyə bölünüb.
Əraziyə cəlb olunmuş “Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvəsi və texnikaları vasitəsi ilə tikinti işləri qısa müddətdə (22 gün) və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
AzVision.az
Teqlər: Körpü