
Sərhədçilərin “Dayan” əmrinə tabe olmayan balıqçı qayığı təqib edilərək saxlanılıb, qayıqdakı şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri 1969-cu il təvəllüdlü Mirzəyev Raqib Məzahir oğlu və 1978-ci il təvəllüdlü Əliyev Samid Pərviz oğlu olmaları müəyyənləşdirilib.

Qayığa baxış zamanı ümumi çəkisi 3 kq 720 qram olan bağlamanın içərisində 2 kq tiryək, 1 kq 510 qram heroin və 290 ədəd üzərində “Metadone-40” yazılmış dərman preparatları aşkar olunub. Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
AzVision.az