Quba sakini dostunu evinə çağırıb qətlə yetirdi – VİDEO

Quba sakini dostunu evinə çağırıb qətlə yetirdi – VİDEO
  26 Noyabr 2017    Oxunub:6590
Qubanın Alpan kəndində cinayət hadisəsi baş verib.
AzVision.az Xəzər TV-yə istinadən xəbər verir ki, kənd sakini, 28 yaşlı Anar Balayev axşam saatlarında siqaret almaq üçün evdən çıxıb və geri qayıtmayıb. Anar adətən evə gecə saatlarında gəldiyindən yaxınları da narahat olmayıblar.

Səhər isə Anar Balayevin ölüm xəbərini eşidiblər. Məlum olub ki, o, həmkəndlisi və dostu, əvvəllər məhkum olunmuş Eşqin Rəsulov tərəfindən qətlə yetirilib.

Mərhumun yaxınlarının sözlərinə görə, Anarla Eşqinin ararsında heç bir ədavət olmayıb və hər zaman mehriban olublar.

Hadisəni törədən Eşqin Rəsulov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



AzVision.az


Teqlər: Quba   Qətl  





Xəbər lenti