Bu gün Beynəlxalq Əlillər Günüdür

Bu gün Beynəlxalq Əlillər Günüdür
  03 Dekabr 2017    Oxunub:1804
Bu gün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
AzVision.az-ın məlumatına görə, bununla bağlı 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub.

Hazırda dünyada təxminən bir milyard əlil yaşayır və onlar cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər.

Ölkəmizdə isə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var. Onların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər kəsin vəzifəsi olmalıdır.

AzVision.az


Teqlər: Əlillər-Günü  





Xəbər lenti