İki bacının öldüyü yanğınla bağlı rəsmi məlumat

İki bacının öldüyü yanğınla bağlı rəsmi məlumat
  03 Dekabr 2017    Oxunub:1764
Fövqəladə Hallar Nazirliyi (FHN) Salyanda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Salyan rayonu, Boranıkənd kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə Novruz qızı və 2013-cü il təvəllüdlü Bəhrəmli Ceyranxatun Novruz qızının yanmış cəsədləri aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti