Salyanda “Mitsubishi” mikroavtobusla toqquşub

Salyanda “Mitsubishi” mikroavtobusla toqquşub
  03 Dekabr 2017    Oxunub:1515
Salyanda ağır yol qəzası baş verib.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Salyan rayonu, Sarvan kəndində “Temsa” markalı mikroavtobus ilə “Mitsubishi” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: Salyan   Qəza   FHN  





Xəbər lenti