Türkiyədə faciə: 10 suriyalı miqrant ölüb

Türkiyədə faciə: 10 suriyalı miqrant ölüb
  03 Dekabr 2017    Oxunub:1657
Türkiyənin Hatay bölgəsində içərisində xarici vətəndaşların olduğu mikroavtobusla yük maşını toqquşub.
"Anadolu" agentliyinin məlumatına görə, qəza nəticəsində azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzada ölən və yaralanan şəxslər Suriyadan qaçan miqrantlardır.

AzVision.az


Teqlər: Türkiyə   Qəza   Miqrant  





Xəbər lenti