Şəkidə 3 yaşlı qızın müəmmalı ölümü - VİDEO

Şəkidə 3 yaşlı qızın müəmmalı ölümü - VİDEO
  05 Dekabr 2017    Oxunub:5141
Şəkidə 3 yaşlı qız müəmmalı şəkildə ölüb.
Hadisə Şəkinin Bideyiz kəndində baş. Dekabrın 3-ü səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natavan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib.

Ağır vəziyyətdə olan 4 yaşlı Natavan Cabbarova Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Şəki MRX-nın məlumatına görə Natavan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb. Valideynləri uşağın iki gün öncə lobya udduğunu və bu səbəbdən öldüyünü ehtimal edirlər.

Vüsalə Lətifova - Ana: "Uşaq üzü aşağı yatmağa başladı. Dedik çay verək, içmədi. "Soska"nı qoyduq, uşağın nəfəsi çıxmadı".

Uzun müddət Natəvanın müalicəsi ilə məşğul olan kənd həkimləri isə başqa səbəblər irəli sürür.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək. (ARB TV)



AzVision.az


Teqlər: Şəki   Ölüm  





Xəbər lenti