Saxta pulla alver edən şəxs tutulub

Saxta pulla alver edən şəxs tutulub
  05 Dekabr 2017    Oxunub:1659
Dekabrın 1-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki stomatoloji ləvazimatlar satan mağazalardan birindən soyğunçuluq edilməsi ilə bağlı 1-ci Polis Bölməsinə müraciət daxil olub.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 28-də qəsəbədə fəaliyyət göstərən stomatoloji mağazaya gəlmiş naməlum şəxsin 1000 manat dəyərində stomatoloji ləvazimatlar alması və həmin ödənişin saxta pullarla edilməsi bəlli olub. Pulların saxta olmasından şübhələnən satıcı ondan aldığı malları qaytarmasını tələb edib, lakin alıcı həmin ləvazimatlar olan bağlamanı alaraq qaçıb. Faktla əlaqədar cinayət işi başlanılıb.

1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fərhad Əbdülimanov saxlanılaraq istintaqa təhvil verilib.

Satıcı həmin şəxsin verdiyi saxta olduğu ehtimal edilən 10 ədəd 100 manatlıq əskinasları da istintaqa təqdim edib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti