Bakıdakı dəhşətli qəzada 4 nəfər ölüb - Yenilənib

Bakıdakı dəhşətli qəzada 4 nəfər ölüb - Yenilənib
  06 Dekabr 2017    Oxunub:5618
Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

AzVision.az


Teqlər: Qəza   Qaradağ  





Xəbər lenti