5 kq narkotiki satarkən saxlanıldı - Video

Nəticədə, narkotik vasitənin alqı-satqısını reallaşdırmaq üçün əraziyə gələn Elxan Əfrail oğlu Şirinov 5 ədəd bağlamada, ümumi xalis çəkisi 4930 qram olan həşiş qətranını şərti alıcıya satmaq istəyərkən saxlanılıb. Bundan başqa, onun üzərinə baxış keçirilərkən gödəkçəsinin cibində 1 ədəd bükümdə, xalis çəkisi 0,634 qram olan həşiş qətranı aşkar olunub.
İstintaqla müəyyən edilib ki, vətəndaş ötən ayın əvvəllərində külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etmə, saxlama, daşıma və gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirmək barədə İranda və Azərbaycanda adları hələlik istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, sözügedən şəxslərin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirdiyi, ümumi xalis çəkisi 4 930,634 qram olan həşiş qətranını Bakının Qaradağ rayonundakı "Binə" ticarət mərkəzinin yaxınlığında əldə edib.
Beləliklə, E.Şirinov şübhəli şəxs qismində tutulub, ona təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edilib və barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az