Sabirabadda toyda kütləvi dava olub — Yaralılar var

  06 Dekabr 2017    Oxunub : 1374
Sabirabadda toyda kütləvi dava olub — Yaralılar var

Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.

AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.

Toyda Sabirabad sakini Əsədov Sərxan Tahir oğlu bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1982-ci il təvəllüdlü Xudiyev Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

AzVision.az

Teqlər: Sabirabad   Toy