Sabirabadda toyda kütləvi dava olub — Yaralılar var

Toyda Sabirabad sakini Əsədov Sərxan Tahir oğlu bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1982-ci il təvəllüdlü Xudiyev Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
AzVision.az