Oğuzda mənşəyi bilinməyən at əti aşkarlanıb

RPŞ-yə İsmayıllı rayon sakini Vüqar Ziliyevin qanunsuz at əti kəsimi ilə məşğul olması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən məlumatın yoxlanılması ilə əlaqədar keçirilən tədbirlər zamanı V.Ziliyevin sərnişin qismində getdiyi avtomobilin yük yerinə baxış keçirilib. Orada qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, təxmini çəkisi 150 kq-a yaxın at əti aşkarlanaraq götürülüb.
Aşkarlanan ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Baytarlıq Laboratoriyasına göndərilib.
Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az