İcra Hakimiyyəti: “Oturaq qaraçı”lar 7-ci sinfə qədər təhsil alırlar

O bildirib ki, çox nadir hallarda qaraçı uşaqlar arasında təhsil alan olur: "Onların bir qrupu "oturaq qaraçı"lardır. Belə qaraçılar heç olmasa, 7-ci sinfə qədər təhsil alırlar. Dilənçiliklə məşğul olan qaraçıları isə tapmaq mümkün deyil. Onların yeri yalnız hüquq-mühafizə orqanları tərəfindən cinayət törətdikdə aşkar olunur".
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev d qaraçı uşaqların böyük əskəriyyətinin təhsildən kənarda qaldığını söyləyib. Onun sözlərinə görə, həmin uşaqların çoxu polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olduğu aşkarlanan uşaqlar olub.
2016-cı ildə polis orqanları tərəfindən dilənçiliklə məşğul olan 512 uşaq aşkarlanıb.
AzVision.az
Teqlər: Yevlax İcra-Hakimiyyəti Qaraçı