Ata və oğlunu bıçaqlayan şəxs tutulub

Ata və oğlunu bıçaqlayan şəxs tutulub
  09 Dekabr 2017    Oxunub:1537
Mingəçevir şəhərində ata və oğlunu bıçaqlayan şəxs tutulub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, dekabrın 7-də Mingəçevir Mərkəzi xəstəxanasından şəhər sakinləri ata və oğlu - Elçin və Elmir Qəmbərovların kəsici-deşici alətlə yetirilməyə xas olan bədən xəsarətləri ilə xəstəxanaya daxil olması barədə ŞPŞ-yə məlumat verilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmlarla həmin şəxsin şəhər sakini Ramin Qənbərov olduğu müəyyən edilib.

Onun üzərinə baxış keçirilərkən hadisəni törədərkən istifadə etdiyi bıçaq da maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Mingəçevir   Həbs  





Xəbər lenti