Gəncədə evləri qarət edən şəxs saxlanılıb

Gəncədə evləri qarət edən şəxs saxlanılıb
  09 Dekabr 2017    Oxunub:1603
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Miyani tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may-noyabr ayları ərzində rayon ərazisində 8 evdən, 5 avtomobildən və 1 mağazadan pul, velosiped, akkumulyator, səsgücləndiricilər, su mühərriki, təmir-tikinti alətləri, elektrik naqili, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Miyani tutulub.

AzVision.az


Teqlər: DİN   Gəncə  





Xəbər lenti