Hava buludlu, çiskinli olacaq

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6°, gündüz 9-13° isti, Bakıda gecə 3-5°, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
AzVision.az