10 günün qəza statistikası - 32 ölü, 62 yaralı

10 günün qəza statistikası - 32 ölü, 62 yaralı
  11 Dekabr 2017    Oxunub:3923
Dekabr ayının ilk 10 günlüyündə respublikanın avtomobil yollarında 50 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytında yer alan məlumatlara istinadən bildirir ki, dekabr ayının 1-dən bu günə qədər yol qəzalarında 32 nəfər ölüb, 62 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, noyabr ayında baş verən 149 yol qəzasında 70 nəfər ölüb, 199 nəfər isə yaralanıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Qəza   Ölüm   Dekabr  





Xəbər lenti