Erməni deputat Qarabağda qəzaya düşdü

Erməni deputat Qarabağda qəzaya düşdü
  11 Dekabr 2017    Oxunub:2036
Ermənistan parlamentinin deputatı Karen Bekaryan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qəzaya düşüb.

AzVision.az xəbr verir ki, bu barədə shamshyan.com nəşri məlumat yayıb.
Məlumata əsasən ötən gün Qarabağda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 14:20-də Berdzor – Qoris avtomagistralının 15-ci kilometrliyində 56 yaşlı Qafan sakini Suren Arytutunyanın idarə etdiyi "Nissan March" markalı avtomobil 54 yaşlı İrəvan Sarkisyanın idarə etdiyi "Mercedes"lə toqquşub.

Qəzaya düşən "Mercedes"in deputat Karen Bekaryanın xidməti maşını olduğu məlum olub. Qəza zamanı deputat maşında olub və yüngül xəsarət alıb. Deputat müayinə üçün İrəvandakı tibb müəssisələrindən birinə yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qarabağ   Qəza   Deputat  





Xəbər lenti