Sabah bu yollar bağlı olacaq - Sürücülərin diqqətinə!
DYP rəsmisi qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədilə tədbir başlayandan, yəni saat 07:00-dan tam başa çatana qədər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi – Teleteatr binası yanından və Parlament prospekti, digər küçə və prospektlərdə – Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrində nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək:
"Avtomobil sahibləri və sürücülərdən xahiş olunur ki, Parlament prospekti və onunla kəsişən digər küçə və yollar üzrə hərəkət etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılan alternativ yollardan, Mətbuat prospekti ilə birləşən III Kənar dairəvi, eləcə də Badamdar istiqamətindən keçməklə Bayıl, 20-ci sahə üzrə yollardan istifadəyə üstünlük versinlər. Diqqətə çatdırırıq ki, qeyd olunan istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin".
Anar Kəlbiyev
AzVision.az
Teqlər: DYP Bakı Vaqif-Əsədov