Yevlaxda ev yanıb

Yevlaxda ev yanıb
  11 Dekabr 2017    Oxunub:1222
Yevlax rayonunda ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qaraoğlan kəndində ümumi sahəsi 256 kv.m olan ikimərtəbəli 8 otaqlı evin çardağı 20 kv.m sahədə və 1-ci mərtəbədə 1 otağın yanar konstruksiyaları 28 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   Ev   Yevlax  





Xəbər lenti