“CinemaPlus”da dahi lider haqqında film nümayiş olunacaq

“CinemaPlus”da dahi lider haqqında film nümayiş olunacaq
  11 Dekabr 2017    Oxunub:1727
“CinemaPlus” Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümü münasibətilə, 28 Mall TM-də “Xüsusi təyinat” qısametrajlı sənədli filminin nümayişini keçirəcək.
AzVision.az xəbər verir ki, “Xüsusi təyinat” xalq artisti, əməkdar incəsənət xadimi, rejissor Vaqif Mustafayevin Dahi Lider haqqında çəkdiyi onuncu filmdir.

Bu film bir növ tarixə səyahətdir. Yeni ekran əsərində Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuş Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyətindən bəhs edilir.

Film dekabr ayının 12-də saat 11:00-da nümayiş olunacaq. Giriş sərbəstdir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: CinemaPlus  





Xəbər lenti