Bərdə rayonunda ev yanıb

Bərdə rayonunda ev yanıb
  11 Dekabr 2017    Oxunub:1351
Bərdə rayonunda evdə yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdənin Xanərəb kəndində ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın və dam örtüyünün yanar konstruksiyaları 36 kv.m sahədə yanıb.

Yüksək temperaturdan eyvanın divarı 12 kv.m sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər: Bərdə   Ev   Yanğın  





Xəbər lenti