Mingəçevirdə yanğın, 5 nəfər tüstüdən zəhərlənib

Mingəçevirdə yanğın, 5 nəfər tüstüdən zəhərlənib
  12 Dekabr 2017    Oxunub:1356
Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 30 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 5 nəfər xilas edilib və 37 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Mingəçevir   Yanğın   FHN  





Xəbər lenti