Metroda daha bir hadisə - 30 yaşlı oğlan relsin üzərinə yıxıldı

Metroda daha bir hadisə - 30 yaşlı oğlan relsin üzərinə yıxıldı
  12 Dekabr 2017    Oxunub:2746
Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb.

Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Qurum rəsmisi qeyd edib ki, "Həzi Aslanov"-"Dərnəgül" xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb.

"Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. Sərnişin başının fırlandığını və buna görə müvazinətini itirdiyini deyib".

AzVision.az


Teqlər: Metro   Hadisə  





Xəbər lenti