Goranboyda ağır yol qəzası - 3 nəfər ölüb

Goranboyda ağır yol qəzası - 3 nəfər ölüb
  13 Dekabr 2017    Oxunub:2685
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Qarqucaq kəndində “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünün və 2 nəfər sərnişinin meyitlərini deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az




Teqlər: FHN   Goranboy   Qəza  





Xəbər lenti