Sabahın hava proqnozu açıqlandı

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti təşkil edəcək.
AzVision.az