ANS-in keçmiş əməkdaşı həbs edildi

Qeyd edək ki, Rəşad İbrahimovun 200 min dollarlıq dələduzluq etdiyi bildirilir. Belə ki, iş adamı Ruslan Zeynalov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bir neçə il əvvəl Rəşad İbrahimov ondan dəyəri 200 000 ABŞ dolları olan kompüter avadanlığı alıb, lakin pulu verməyərək dələduzluq edib.
Adıçəkilən şəxslərin hər ikisi bağlanan ANS kanalının əməkdaşı olub. Onlar şirkətdə mühafizəçi işləyib.
AzVision.az