"Hakimə dedim ki, güllələnməyə hazıram" - 6 tələbəni öldürən sürücü (VİDEO)

Hadisə günü yanımdan bir maşın ötdü. Ona yol verdim keçdi, bir az əsəbləşdim. Yenə özümdə olmadım, keyləşdim. Gördüm ki, "Kamaz"a giririk. Sükanı çevirdim, amma artıq gec idi. O da xarab olub dayanmışdı yolun kənarında. Qəza nəticəsində 2 İbrahim yerə düşüb. Onlardan xəbərim olmamışdı. Özümü itirməyib tələbələrə kömək edib düşürdüm. Pəncərələri sındırdım uşaqları çıxartdım. Bir neçə tələbə də mənə kömək edirdi. Rozanı, Çinarəni götürüb qucağıma düşürdəndə sağ idilər. Sonra polis gəldi, onlarla maşına tərəf gedəndə İbrahimgili gördüm ki, ölüblər. Dizi üstə çöküb qaldım. Onlarla bir ailə kimi idik. Birlikdə gəzməyə, istirahətə gedirdik. Məhkəmədə hakimə də dedim ki, mən güllələnməyə hazıram. Əgər imkan olsa, buradan çıxsam, uşaqların valideynindən icazə alıb onların qəbrini ziyarət edərdim".
AzVision.az