Noyabrda 94 sürüşmə hadisəsi qeydə alınıb

Ekspedisiya rəisi bildirib ki, paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində həm atmosfer yağıntılarının, həm də texnogen amillərin təsirindən sürüşmə prosesində nisbi aktivlik qeydə alınıb. Bundan əlavə, Binəqədi rayonunda, I mədən sahəsində son aylar əraziyə düşən atmosfer yağıntılarının, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində təbii amillərin təsirindən subasma prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Abşeron rayonunda Masazır sürüşmə sahəsində təbii amillər sürüşmə sahəsində, Nübar qəsəbəsində atmosfer yağıntıları və texnogen amillər sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə təbii və texnogen faktorlar
sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub. Sabunçu rayonunda Maştağa-Zabrat, Şuşa şəhərciyi, Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində atmosfer yağıntıları səbəbindən subasma prosesinin dinamikası nisbətən aktivləşib.
AzVision.az
Teqlər: Sürüşmə