Xızıda 187 ədəd hərbi sursat aşkarlanıb

Ümumiyyətlə, 93 gün ərzində müxtəlif ərazilərə baxış keçirilib, 21622 ədəd partlamamış hərbi sursat (PHS), 12401 ədəd partlamış-yanmış sursat qalıqları və 76 962 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 73 363 478 kv.m (7 336 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
AzVision.az