Bu gün axşam Bakının iki rayonunda su məhdudiyyətlə veriləcək.
“Azərsu” ASC-dən AzVision.az-a verilən məlumata görə, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq bu gün axşam saatlarında Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.