2599 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

2599 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
  15 Dekabr 2017    Oxunub:5940
Bu ilin yanvar-oktyabr ayları ərzində daimi yaşamaq üçün 2599 nəfər Azərbaycana gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2599 nəfər Azərbaycana gələn, 1579 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1020 nəfər təşkil edib.

AzVision.az


Teqlər: Statistika   Azərbaycan   Miqrasiya  





Xəbər lenti