Azərbaycanda 237 nəfər sirkə turşusundan zəhərlənib

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin baş taksikoloqu Azər Maqsudov deyib. Onun sözlərinə görə, bu il Kliniki Tibbi Mərkəzdə sirkə turşusundan zəhərlənən şəxslərdən bir nəfər ölüb.
A.Maqsudov bildirib ki, ötən il ilə müqayisədə Azərbaycanda ilan sancmalarının sayı artıb: “Ötən ildən fərqli olaraq bu il 104 nəfər ilan sancması ilə Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə müraciət edib. Ötən il isə bu göstəricilər 90 nəfər olub. Müraciət edənlər arasında ölüm halları yaşanmayıb,təəssüf ki artım müşahidə edilib"
Baş toksikoloq bildirib ki, bu il qaraqurd sancmasından 5 nəfər ölüb. A.Maqsudov qeyd edib ki, ötən illə müqayisdə hörümçəyin növlərindən biri olan qaraqurd sancmasından qeydə alınan ölüm halları azalıb:
"2016-cı il üçün hörümçək sancmasından 10 nəfər ölmüşdüsə, bu il bu diaqnozdan ölənlərin sayı 5 nəfərə qədər azalıb. Ölənlərin orta yaşlı insanlar olduğu müşahidə edilir".
Aytən Zəhra
AzVision.az
Teqlər: Azər-Maqsudov Zəhərlənmə