Bakıda gəlin toy günü dəm qazından zəhərlənib

"Xəstə gecə saatlarında təcili yardımla toksikoloji mərkəzin qəbul şöbəsinə gətirilib. Dəm qazından zəhərlənmə halı ilə gələn xəstə koma vəziyyətində olub. Həkimlərin səyləri nəticəsində xəstəni vəziyyətdən çıxartmaq mümkün olub. Hadisə hamamda qaz sızması nəticəsində baş verib. Xəstə gecə xəstəxanada qalıb, səhər xəstəxanadan toyuna gedib".
Səhiyyə Nazirliyinin baş taksikoloqu Azər Maqsudov bildirib ki, 2016-cı illə müqayisədə dəm qazından zəhərlənmələr azalıb:
“Ötən il ilə müqayisədə bu il dəm qazından zəhərlənmə ilə müraciət edənlərin sayının azalmasında KİV-nin maarifləndirmə tədbirlərinin əhəmiyyəti çoxdur. 2016-cı ildə toksikoloji mərkəzə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilib. Amma aparılan təbliğat nəticəsində 2017-ci ildə bu rəqəm 207 nəfər olaraq qeyd olunub. Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrədən 1 nəfər ölüb. Ötən il isə heç bir ölüm halları qeydə alınmayıb".
Aytən Zəhra
AzVision.az
Teqlər: Dəm-qazı Zəhərlənmə