Ova gedən 15 yaşlı oğlan özünü öldürüb - VİDEO

Məlum olub ki, o ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb. Nəticədə Heydər Axundov suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq hadisə yerində ölüb. Meyit müayinə olunmaqdan ötrü səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Artıq hadisə ilə bağlı Lənkəran Rayon Prakurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (ARB TV)
AzVision.az