Cocuq Mərcanlıda 9800 kv.m ərazi yoxlanılıb

Cocuq Mərcanlıda 9800 kv.m ərazi yoxlanılıb
  16 Dekabr 2017    Oxunub:1370
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Cocuq Mərcanlıda gün ərzində 9 min 800 kvadratmetr ərazi tam yoxlanılıb, mina və partlamamış hərbi sursat aşkarlanmayıb.

Cocuq Mərcanlıda iyirmi səkkiz gün ərzində 11 partlamamış hərbi sursat (bir F-1 əl qumbarası, bir UZRQM partladıcısı, iki ədəd RQ-42 əl qumbarası, iki ədəd TM-62 minasının gücləndiricisi və beş tank əleyhinə idarə olunmayan raket (PQ-7) və iki piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 497 min 100 kvadratmetr ərazi tam yoxlanılıb, 236 min 766 kvadratmetr ərazi 20 santimetr dərinliyində 180 min 700 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə yoxlama üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 15-dək ölkə üzrə, ümumilikdə, 7534 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 35 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 669 min 588 kvadratmetr ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Cocuq-Mərcanlı  





Xəbər lenti