"BakuBus"ın yeni marşrut xətti işə başladı

"BakuBus"ın yeni marşrut xətti işə başladı
  16 Dekabr 2017    Oxunub:2269
17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib.
AzVision.az xəbər verir ki, bu gündən başlayaraq 17 nömrəli marşrut xətti üzrə "BakuBus" avtobusları sərnişinlərə xidmət edir.

Qeyd edək ki, dəyişiklik edilməsinə səbəb, marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır.



AzVision.az


Teqlər: BakuBus   Sərnişin  





Xəbər lenti