8 yaşlı uşaq faciəvi şəkildə ölüb

8 yaşlı uşaq faciəvi şəkildə ölüb
  16 Dekabr 2017    Oxunub:1255
Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: qəza  





Xəbər lenti