Bakıda naməlum kişi meyiti tapılıb - FOTO

Bakıda naməlum kişi meyiti tapılıb - FOTO
  16 Dekabr 2017    Oxunub:2508
Dekabrın 9-da Yasamal rayonu ərazisindən 55-60 yaşlarında bir kişi kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin kişinin boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qaradır. Əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlar və barəsində məlumatı olanlar DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermə bilərlər.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti