Bakıda intihar cəhdinin qarşısı alındı

Bakıda intihar cəhdinin qarşısı alındı
  16 Dekabr 2017    Oxunub:1176
Bakıda ticarət mərkəzində intihara cəhd hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər kişi ticarət mərkəzinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

AzVision.az


Teqlər: FHN   intihar  





Xəbər lenti