Polis 40-dan çox cinayət törədən şəxsləri tutub

Polis 40-dan çox cinayət törədən şəxsləri tutub
  16 Dekabr 2017    Oxunub:3080
Suraxanı ərazisində ayrı-ayrı vaxtlarda törədilmiş 43 cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırmalarla onların Bakı şəhər sakini Fuad Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarov olduqları müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti