Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
  16 Dekabr 2017    Oxunub:1645
Bakıda intihara cəhd hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın yaşadığı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   İntihar  





Xəbər lenti