Ötən gün 79 cinayət faktı qeydə alınıb

Ötən gün 79 cinayət faktı qeydə alınıb
  17 Dekabr 2017    Oxunub:1549
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli
2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs  





Xəbər lenti